Tarix: 08.09.2024 / 12:08
Ermənistanda rus dili qadağası rus diasporunu    qəzəbləndirdi

Ermənistanda rus dili qadağası rus diasporunu qəzəbləndirdi

Ermənistanda 2024-2025-ci tədris ilindən məktəblər üçün yeni dövlət təhsil standartları qüvvəyə minib.

Diaspora.TV erməni mediasına istinadla xəbər verir ki, hələ yayda Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi bütün məktəblərə xarici dillərin tədrisi ilə bağlı təlimat göndərmişdi.

Təlimata görə, təhsil müəssisələrinin bir sıra sinifləri üçün rus dili əsas (məcburi) statusundan xarici dil statusuna keçib. Eyni zamanda hər bir xarici dil üçün həftədə 2 saat vaxt ayrılır.

Yəni, “Rus dili” müstəqil fənn kimi yalnız 4, 9 (həftədə üç saat), 11 və 12 (həftədə iki saat) siniflərdə qalır. 2, 3, 5, 6, 7, 8 və 10-cu sinif şagirdləri üçün ayrıca “Rus dili” fənni yoxdur.

Ermənistandakı rus diasporu bu “redaktələri” narazılıqla qarşılayıb.

Ermənistandakı Rusiya Evinin bildirdiyinə görə, guya onlara məktəb direktorlarından bununla bağlı narazılıq zəngləri gəlir.

Şərhlər

Yaz...