Tarix: 07.08.2024 / 13:12
Ermənilər diasporda  təhsil problemlərini müzakirə edib

Ermənilər diasporda təhsil problemlərini müzakirə edib

“Hər bir halda erməni uşaqlarının təhsilinin necə təşkil edilməsi ilə bağlı hər bir konkret ölkənin qanunvericiliyini nəzərə almaq lazımdır. Diasporadakı proqramlar Ermənistandakı təhsilin məzmununa mümkün qədər yaxın olmalıdır”.

Diaspora.TV xəbər verir ki, bu sözləri İrəvanda keçiirlən 11-ci Ermənistan-Diaspor Təhsil Forumunda çıxış edən Ermənistan Respublikasının təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Artur Martirosyan deyib.

Forumun açılış mərasimində çıxış edən nazir müavini qeyd edib ki, bu, forum diasporda təhsilin təşkilini birbaşa müzakirə etmək, əlaqələri gücləndirməyə, problemlərin həlli, təcrübə mübadiləsi aparılmasına imkan verən unikal platformadır. O bldirib ki, bu müzakirələrə təkcə forum günlərində deyil, ilboyu davam etməlidir. O, bildirib ki, müxtəlif xarici icmalarda vəziyyət fərqlidir və həll yolları fərqli olmalıdır. Bununla belə, ortaq məqsəd və vəzifələr, problemlər də var.

Dil komitəsinin rəhbəri Siranuş Dvoyan isə qeyd edib ki, forum 10 ildən artıqdır davam edir. Bu müddət ərzində dünyada və regionda baş verən hadisələr, pandemiya və 44 günlük müharibə təhsil metodlarında düzəlişlər etdi. Xüsusilə, söhbət distant təhsilin aktiv istifadəsindən gedir.



Şərhlər

Yaz...