Tarix: 16.10.2024 / 10:03

ABŞ hərbçilərini gətirən Ermənistana 3 milyard dollar verən Pezeşkianın göz və qulaq orucu

Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı”nın növbəti buraxılışı yayımlanıb.

M.Əhmədoğlunun səsləndirdiyi fikirləri ixtisarla təqdim edirik:

İran prezidenti Məsud Pezeşkian Azərbaycanın İranla əlaqələr üzrə məsul şəxs, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Ehtimal ki, bu görüş İran tərəfinin təşəbbüsü ilə baş tutub.

M.Pezeşkianın V.Putinlə Aşqabadda görüşü İran tərəfindən birmənalı qarşılanmadı. Bir saat çəkən görüş bəlkə də BRİKS-də M.Pezeşkianın görüşünü təxirə salmaq üçün bəhanə xatirinə keçirilmiş görüş idi. RF tərəfindən yayılan məlumatda yalnız ən ümumi mövzular müzakirə olunduğu bildirildi. Rusiya-İran münasibətləri üçün vacib mayak olan ali dini liderə V.Putinin adından salam verilmədi və ya ali dini liderin adından salam bildirilmədi. V.Putinin İranın ali dini liderinə salam göndərməsi İran tərəfindən devalvasiyaya uğradıldı. V.Putin Prezident İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlamış Azərbaycan-Rusiya-İran prezidentlərinin Tehran sammitində Putinin Xamenei ilə görüşməsi və sonralar ona salam göndərməsi hətta Tehranın cümə namazlarında müzakirə olunub. İranda bəzi nüfuzlu din xadimləri uzun müddət buna dair geniş şərhlər veriblər. Ali dini liderin V.Putinlə salamlaşmaması vacib geosiyasi göstəricidir. İranın gözündə Rusiya zəifləyib və getdikcə də zəifləyən dövlətdir. Belə olan halda salamı qəbul etmək və ya salam göndərməyə də ehtiyac yoxdur.
Son dövrlərdə İran-Rusiya münasibətlərində ciddi və sürətli dəyişikliklər baş verir. Rusiya ilə Azərbaycan arasında Xəzər dənizində həm birgə hərbi sərhəd təlimləri keçirildi, həm də dənizin suyunun qurumasına qarşı birgə fəaliyyət barədə müqavilə imzalandı. Bunlar SSRİ dövrünün Astara-Həsənqulu sərhəd xəttinin gündəliyə gətirilməsi anlamındadır. Bu xətlə İranın Xəzərdə payı 13,4%-dir, bundan o tərəfə keçmir. Rusiya Xəzərdə istədiyini reallaşdıra biləcək. Kaspian limanından Həştərxanın Lotos və digər limanlara gedən bərə daşımalarına da müxtəlif maneələr meydana çıxa bilər. Bunların hamısı İranın Rəşt-Astara dəmir yolunun tikintisinə icazə verməməsi və Zəngəzur koridorunun açılmasına maneçilik törətməsinə Rusiyanın ilkin cavabıdır. Xəzərin hüquqi statusu ilə bağlı Aktau müqaviləsini imzalayan, amma ratifikasiya etməyən İran üçün bu ağır başa gələ bilər. M.Pezeşkian Tehrana qayıtdıqdan sonra o görüş barədə fərqli məlumat yayıldı. Tranzit mövzuları və neft, qaz svopunun razılaşdırıldığının müzakirə edildiyi bildirildi. Amma İran hələ Rəşt-Astara dəmir yolunun keçəcəyi ərazini tikinti üçün hazırlamayıb.

Geosiyasi vəziyyətdə də İsrail yenidən Rusiyaya müraciət edir və Kreml hər an İsraili eşidə bilər. İsrailə qarşı müharibə aparmaq üçün V.Putin iki müraciətini İran yerə salmışdı. İndi İsrail Rusiyaya müraciət edir. Əvəzində İsrail Ukrayna mövzusunda RF-ə kömək vəd edir və İsrail ABŞ-ın Ukrayna ilə bağlı planlarını dayandırmaq gücündədir. ABŞ-a meyllənən İran Rusiya tərəfindən böyük problemlə üzləşib. Bu səbəbdən də Ş.Mustafayevlə görüş İran üçün çox vacibdir. Çünki o görüşdə Rusiya, Azərbaycanla bütün razılaşmaları reallaşdıracaqlarını bildirib.

Təbii ki, baş verənlər atmacasız da ötüşmür. Bununla yanaşı İran göstərdi ki, birgə layihələri reallaşdırmaqla bağlı hazırlığımız Rusiyanın yenə başını aldatmaqdan ötrüdür. Ş.Mustafayevə regiondan kənar dövlətlər burada olmamasını məsləhət bildi, sərhədin bağlı qalmasına da kinayəli eyham vurdu.

Azərbaycanla İsrail arasında hərbi yox, hərbi-texniki əməkdaşlıq var və bu bizim üçün çox vacibdir. İran I Qarabağ müharibəsi zamanı ərazimizdə hərbisini yerləşdirdiyi dövrdə Ermənistan bizim torpaqları işğal etdi. İran hərbiçilərinin xahişimizlə öz ərazimizə gəlməsi bizi gücləndirmədi, əksinə bir az da zəiflətdi. 1994-ci ildə Azərbaycan üçün məğlubiyyət hesab olunan atəşkəs müqaviləsindən 4-5 il sonra İsrail Azərbaycana gəldi. O 4-5 il ərzində İran istəsəydi ermənilərin işğalçılığını dayandıra bilərdi, amma etmədi. İndi bəlli olur ki, bütün bunların hamısı bilərəkdən olub.

Ən paradoksal vəziyyət ABŞ-ın ağla gəlməyən texnikaları Ermənistandadır və vaxtaşırı hərbi təlimlər keçirir. Hərbi təlimlərin bir qismi də nüvə təhlükəsizliyinə aiddir. Rusiya Ermənistanın sözü ilə İranla sərhəddə iştirakını azaldır. Ehtimal ki, Ermənistan ABŞ-ın diktəsi ilə bu addıma gedir. ABŞ-ın hərbi texnikası, hərbi təlimləri barədə ABŞ-ın Ermənistandakı səfiri açıq məlumat yaydı. Hərbi təyyarədən düşürdülən, mindirilən HHM və REM sistemlərini aşkar nümayiş etdirdi. Bu proseslərdən sonra İran Ermənistana 3 milyard dollarlıq investisiya vəd verdi. Ermənistanın Gürcüstanla sərhədində sel nəticəsində dağılmış körpünü tikdi. Ermənistanın İranla sərhəd istiqamətində iki yol çəkir və iki körpü tikməyə başladı. Aşkar rəsmən deyilən, televiziyada nümayiş olunan ABŞ-ın Ermənistanda hərbi iştirakını görməyən M.Pezeşkian Azərbaycanda İsrailin silahlarına irad bildirir. Bərgüşad SES (Vorotan) ABŞ-ın İrana qarşı casusluq mərkəzidir. Bir azdan Amulsar da o hala çevriləcək.

İran özü üçün paradoksal vəziyyət yaradıb. İsrail İranın Ermənistanda ABŞ bazalarına münasibətini Tehranın Vaşinqtonun əmrinə itaət etməyə hazırlıq göstərici kimi qəbul edir. İsrail düşünə bilər ki, ABŞ nə vaxtsa İranı yenidən İsrailin idarəçiliyinə verəcək. Moskva fikirləşə bilər ki, İran ABŞ-la birlikdə Cənubi Qafqazdan Rusiyanı sıxışdırır. Gizli danışıqlarda bu məsələ razılaşdırlıb, üzə çıxana qədər RF xeyli iş görə bilər. Xəzər dənizində baş verənlər İran əlifbasının birinci hərfidir. Azərbaycan əlifbasında hərflərin sayı bir az çoxdur.

İran prezidenti M.Pezeşkian Fransa prezidenti ilə telefon danışığında Livanda atəşin dayandırılması üçün vasitəçilik etməsini xahiş etdi. İran tərəfinin yaydığı məlumatda bu hiss olunur. Amma Yelisey sarayının yaydığı məlumatda isə əsas vurğu vasitəçilik üstündədir. Livan hökuməti İsraillə arasında vasitəçilikdən ötrü iki ay bundan əvvəl Azərbaycana rəsmi müraciət göndərmişdi. Azərbaycanın xarici işlər naziri israilli həmkarları ilə telefonla bu məsələni müzakirə etdi. Bu danışıqlar barədə məlumat yayılan kimi Şeyx Nəsrullah (Hizbullah) İsraili xeyli güclü atəş zərbəsinə tutdu. Vasitəçilik mövzusunu davam etdirmək üçün Azərbaycana möhlət qalmadı. Ehtimal ki, Hizbullahın rəhbəri Nəsrullah İranın sözü ilə atəşkəsi pozub. Təxminən 10 mindən bir az livanlı dünyasını dəyişdi. İndi İran vasitəçiliyi Fransadan xahiş edir. 8 min adam ölməmiş də Azərbaycan bu işlə məşğul ola bilərdi.

Eyni prizmadan HƏMAS-ın lideri Haniyanı Tehranda öldürməzdən əvvəl ehtimal ki, M.Pezeşkianla Livanın Azərbaycana vasitəçilik üçün müraciət göndərməsini müzakirə edib. O, da M.Pezeşkianın azərbaycanlı olmasından istifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevi HƏMAS-la İsrail arasında vasitəçiliyə qoşmaq istəyib. Haniyanın başına gələn bəllidir. İranın Azərbaycandan böyük hirsi, kini bir daha üzə çıxdı. Azərbaycandan İsrail raket atıb, Haniyanı öldürübmüş. Sonradan SEPAH yaydığı bu yalanları təkzib etdi.

Təbii ki, ağlımıza ilk gələn o oldu ki, M.Pezeşkianın belə paradoksal mövqeyi onun çox orijinal müsəlmançılığı ilə bağlı imiş. Pezeşkian illər boyu göz və qulaq orucu tutub. Müxtəlif məsələlərlə əlaqədar orucluqdan kənar dövrdə oruc tutmaq biz müsəlmanlarda adətdir. Bu adətin içərisində də Pezeşkianın özünün orijinal yolu var imiş. Göz orucu tutmaq o deməkdir ki, onun gözünün qabağından heç bir yazı keçməməlidir. Yəni bu gözü yazını oxumamalıdır. Qulaq orucu da heç bir söhbət eşitməməlidir. Bu ona görünür bəlkə də belə vəziyyətlərdən çıxmaq üçün lazım imiş, çoxdandır belə vəziyyətə hazırlaşırmış. Yəni heç nə görməyib, eşitməyib. Ona görə də indi heç bir məsuliyyət daşımır. Necə istəyir danışa, hərəkət edə bilər.


Şərhlər

Yaz...