"Artıq terrorçuların bəyanatları da var ki, Suriyadan sonra Qafqazı təmizləməyə gedəcəyik. Bu vəziyyət ölkəmizin təhlükəsizliyi üçün çox ciddi təhdiddir və biz bundan nəticə çıxarıb fəallaşmalıyıq".
Diaspora.TV Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Pan-Erməni Milli Dövlət Partiyasının bəyanatında bildirilib.
"Suriya bizim üçün Türkiyə və Qərbin təhrik etdiyi “terrorçulara” az-çox müqavimət göstərən dost dövlət idi. İndi Suriya faktiki olaraq getdi və işğal olundu, bölgədə növbəti hədəf Ermənistan, İran və Gürcüstandır. Türkiyə Böyük Millət Məclisinin Bakıya səfər gedən Xarici Əlaqələr Komitəsinin sədri Fuad Oqtayın bəyanatı da nəzərə alınmaqla, qarşıdan gələn təhdidlərə və onlardan irəli gələn hadisələrə qarşı mümkün qədər hazır olmaq üçün addımlar atmalıyıq. O bildirib ki, Zəngəzur dəhlizinin açılması mühüm şərtdir, sülhün bərqərar olmasına tərəfdardır və Ankara Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini dəstəkləyir və ona qoşulur”,- deyə məlumatda bildirilir.