Tarix: 10.12.2024 / 11:33
Ermənistan Təhlükəsizlik Xidməti     azərbaycanlı ilə bağlı məlumat yaydı

Ermənistan Təhlükəsizlik Xidməti azərbaycanlı ilə bağlı məlumat yaydı

Azərbaycanlı hüquq müdafiəçisi Samirə Bayramova Varşava-Tbilisi reysi zamanı Ermənistanın “Zvartnots” beynəlxalq hava limanına məcburi eniş etdikdən sonra erməni sərhədçiləri ilə əlaqə saxlamayıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Noyabrın 24-də Varşava-Tbilisi 723 saylı reysi əlverişsiz hava şəraiti ilə əlaqədar “Zvartnots” hava limanında eniş edib. Sözügedən reysin 122 sərnişinindən 110-u müvafiq qaydada sərhəd əməkdaşları tərəfindən sərhəd keçid prosesi həyata keçirilib. Samirə Bayramova Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarına müraciət etməyib və ya sərhəd nəzarəti kabinələrinə yaxınlaşmayıb”,- deyə məlumatda bildirilib.

Xatırladaq ki, Gürcüstan vətəndaşı olan əslən azərbaycanlı hüquq müdafiəçisi Samirə Bayramova bir neçə gün əvvəl Ermənistana girişinə icazə verilməməsi ilə bağlı açıqlama yaymışdı.

"Gürcüstan vətəndaşı olaraq ölkəyə buraxılmadım, (dedilər ki - red.) “milliyyətiniz problemdir”. Niyə biz bu münaqişənin bir hissəsi olmalıyıq?", - deyə o, qeyd etmişdi.


Şərhlər

Yaz...