Tarix: 29.07.2024 / 15:40
Erməni sahibkarları   Rusiya bazarlarından qovulub

Erməni sahibkarları Rusiya bazarlarından qovulub

Rusiyanın “Rosselxoznadzor” xidməti Ermənistandan gələn tərəvəz və meyvələrdə pestisidlərin icazə verilən miqdarından beş dəfə artıq olduğunu aşkar edib. Bu zərərli maddənin miqdarı ayrı-ayrı məhsullarda az qala səkkizqata çatır. Bundan başqa, bu il Ermənistandan gətirilən kənd təsərrüfatı məhsullarının demək olar ki, yarısı nəzarətə təqdim edilməyib.

Diaspora.TV Rusiya KİV-nə istinadən xəbər verir ki, “Rosselxoznadzor” bununla əlaqədar olaraq İrəvana qanun pozuntularına yol vermiş tədarükçülərə fitosanitar sertifikatların verilməsini dayandırmaq xahişi ilə rəsmi məktub göndərib.

Avqust ayında “Rosselxoznadzor”un mütəxəssisləri Rusiya üçün nəzərdə tutulan məhsulların emalı, saxlanması və göndərilməsi yerlərini və istehsal sahələrini yoxlamaq üçün bölglərə səfər edəcəklər.

Bu il ərzində İrəvan təxminən 80 min ton meyvə və tərəvəz tədarük edib ki, bu da bir il əvvəlkindən 7 min ton çoxdur. Onların arasında ərik, pomidor, alma və bibərin bloklanması Rusiya istehlakçılarına necə təsir edəcək?

“Sovekon” Analitik Mərkəzin direktoru Andrey Sizov bu sualı belə cavablandırıb:

"Bunlar ərik, alma, çox kiçik miqdarda pomidorlardır. Bu, prinsipial olaraq əsas istehlakçılara təsir etməyəcək. Amma bu, bir qədər mənfi haldır, çünki rəqabət nə qədər yüksək olsa, istehlakçı üçün bir o qədər yaxşıdır. Biz meyvə-tərəvəzin qiymətinin mövsümi ucuzlaşması dövrünə yaxınlaşırıq".

Ümumiyyətlə, Rusiyada meyvə və tərəvəzin qiymətləri kifayət qədər artıb. Bu, müntəzəm olaraq baş verir. Ola bilsin ki, erməni meyvə-tərəvəzləri də ölkəyə qayıdacaq. Burada əlavə etmək lazımdır ki, rusiyalı alıcılar, artıq onlarla ölkədə baş verdiyinə görə, tez bir zamanda əvəz tapa bilirlər. Məsələn, bəzi mövqelərdə Azərbaycan, Türkiyə, Misir Rusiya bazarında daha fəal təmsil olunan təchizatçılardır.


Şərhlər

Yaz...