Tarix: 05.12.2024 / 16:09
Ermənistan parlamentində çaxnaşma:    Mandat onu xilas etmədi

Ermənistan parlamentində çaxnaşma: Mandat onu xilas etmədi

Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə deputat Ovik Ağazaryanın casusluqda ittiham olunması ilə bağlı açıqlama verib.

Diaspora.TV xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

“Bu xəbəri eşidən kimi daxili məlumatların sızması ilə bağlı narahatlıq keçirdik. Biz informasiya sızmalarının haradan olduğunu anlamaq üçün bir ildən çox axtarış apardıq. Bunu kimin etdiyini bilmirdik. Bir müddət əvvəl elə hallar olub ki, Azərbaycanla danışıqlar nəticəsiz qalıb, münasibətlər həm də nisbi desək, razılaşmaları pozub. Nəyisə bərkdən danışıb, kənara sızdırmışıq. Baş nazir gəlib Əliyevlə görüşün təfərrüatlarını bizə danışır, baş nazir dövlət sirri olan məlumatları bölüşür və o, hər şeyi açıqlayır. Bu yaxşıdırmı? Partiya məsələlərinə gəlincə, hər şey yolunda gedir. Bəs Ermənistanın təhlükəsizlik məsələləri necə, hər şey belə qalmalıdırmı?”,- deyə spiker vurğulayıb.

Simonyan əminliklə bildirib ki, axtarışa başlasalar da Ağazaryanın telefonunda qeyri-adi bir şey tapmayacaqlar:

“Əgər Ovik Ağazaryan utanmırsa, o zaman telefonundakı məlumatı dərc etsin”.

Parlament spikeri onu da qeyd edib ki, Ağazaryan Paşinyanın xahişi ilə mandatını tərk etsə, yenə də nəticələrdən qaça bilməyəcək.

“Bunların bir-birilə əlaqəsi yoxdur. Mandat heçkəsi xilas etmir”, - deyə o vurğulayıb.


Şərhlər

Yaz...