Tarix: 02.09.2024 / 14:43
 Ermənistan diaspor gəncləri ilə   necə işləyir?

Ermənistan diaspor gəncləri ilə necə işləyir?

Ermənistan Diasporla iş üzrə ofisinin “iGorts 2023-2024” proqramını bitirənlərin 80%-i öz vətənlərində qalmağa qərar verib.

Diaspora.TV xəbər verir ki, bu barədə “iGorts 2023-2024” proqramının bağlanış və sertifikatların təqdim edilməsi mərasimində Erməniatanın Diasporla iş üzrə baş komissarı Zareh Sinanyan bildirib.

“iGorts” proqramı erməni diaspora mütəxəssislərini ölkənin dövlət orqanlarının işinə cəlb etmək üçün Diasporla iş Ofisin proqramıdır. Proqram iştirakçılarının ilk qəbulu 2020-ci ildə olub. O vaxtdan bəri bu, hər il 50 diaspor ermənisinə öz peşəkar təcrübələrini Ermənistandakı dövlət qurumlarının işinə tətbiq etmək imkanı verib.

Ermənistanın Diasporla iş üzrə baş komissarının ofisində keçirilən mərasimdə Ermənistanın bir çox naziri də iştirak edib.

“Bu gün biz iGorts-un dördüncü nəslini həyata keçiririk. 18 ölkədən olan iştirakçılar 19 dövlət qurumunda bir il ərzində təhsil, elm, rəqəmsallaşdırma, səhiyyə, turizm və s. sahələrdə proqramlar hazırlayıblar. Şadam ki, proqramın məzunlarının 80%-i öz vətənlərində qalmağa qərar verib”, - deyə baş komissar bildirib.

Mərasimdə məzunlar proqramın onlara nələr verdiyindən, vətənlərində onlar üçün həyatın necə olduğundan da danışıb, proqramın təşkilatçılarına təşəkkür ediblər.

Hovnanyan Ailəsi Fondunun maliyyə dəstəyi ilə iştirakçılardan bəziləri daha bir il ərzində ölkənin dövlət sistemində fəaliyyətlərini davam etdirəcəklər.

Şərhlər

Yaz...