Azərbaycanla sülh müqaviləsi layihəsi üzrə danışıqlar dalana dirənməyib.
Diaspora.TV xəbər verir ki, bunu Ermənistanda hakim "Vətəndaş müqaviləsi" Partiyasından olan deputat Artur Hovhannisyan deyib.
Deputatın sözlərinə görə, müəyyən çətinliklər olsa da danışıqlar prosesi davam edir.
“Mübahisə doğuran məqamlar var, onların müzakirəsi mürəkkəbdir və müəyyən vaxt tələb edir. Amma biz dalana dirənməmişik. Danışıqlar prosesini davam etdirməkdən imtina etmirik. Bu proses həmişə mövcuddur”, - deyə Hovhannisyan bildirib.