Ermənistan COP29-dan əvvəl Azərbaycanla sülh sazişi imzalamağı gözləyir.
Diaspora.TV xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan deyib.
Hamburq Davamlı İnkişaf Konfransı çərçivəsində çıxış edən Xaçaturyan gec-tez nəticə əldə etmək ümidinin olduğunu bildirib.
Ermənistan Respublikasının prezidenti məlumat verib ki, Azərbaycan rəsmiləri ilə bir sıra digər maddələr üzrə danışıqlar hələ də davam edir.
Xaçaturyan onu da əlavə edib ki, Ermənistan və Türkiyə arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı danışıqlar uğurla davam edir.