Ermənistan hökuməti noyabrda Bakıda keçiriləcək COP29-da iştirak imkanını müzakirə edir.
Diaspora.TV Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan deyib.
“Ermənistanın Bakıda keçiriləcək COP29 sammitində iştirak edib-etməyəcəyi ilə bağlı hələ qərar yoxdur, biz bunun Ermənistana nə gətirəcəyini müzakirə etməliyik”, - deyə o bildirib.