Tarix: 16.09.2024 / 12:26
Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa hazırdır   - Mirzoyan

Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa hazırdır - Mirzoyan

Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa hazırdır.

Diaspora.TV xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda səfərdə olan Fransanın Avropa və xarici işlər naziri Stefan Sejourne ilə birgə mətbuat konfransında deyib.

Ermənistan XİN rəhbəri fransalı həmkarı ilə regional sabitlik məsələlərini müzakirə etdiyini və Ermənistanın sülh gündəminə sadiqliyini təsdiq etdiyini bildirib.

“Bildiyiniz kimi, biz sülh müqaviləsi üzrə mətnin tam razılaşdırıldığı ən son redaksiya təkliflərini Azərbaycana göndərmişik”, - deyə Mirzoyan bildirib.

Ermənistan XİN rəhbəri əlavə edib ki, biz razılaşdırılmış Azərbaycanla sülh müqaviləsinin mətnini tez bir zamanda imzalamağa hazırıq.


Şərhlər

Yaz...