Ermənistan və Azərbaycan sülh sazişi bağlamaq ərəfəsindədir, İrəvan bu gün onu imzalamağa hazırdır.
Diaspora.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Parlamentlərarası İttifaqın 149-cu Assambleyasının Cenevrədə keçirilən iclasında deyib.
“Sülhün bərqərar olması ilə bağlı sizə bildirmək istərdim ki, Ermənistan və Azərbaycan razılığa gəlmək ərəfəsindədirlər. Biz Azərbaycanı siyasi iradə nümayiş etdirməyə, fürsətdən yararlanmağa və mümkün olan reallığa çevrilmək üçün bizə qoşulmağa dəvət edirik. Bu gün sülh müqaviləsi imzalansın”, - deyə o bildirib.
Bundan əvvəl Ermənistanın baş naziri İrəvan və Bakının sülh sazişinin 80%-i üzrə razılığa gəldiyini bildirib, Azərbaycanı bu məqamları imzalamağa dəvət edib.