Ermənistan Parlamenti Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı müddəaları ratifikasiya edib.
Diaspora.TV Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan məlumat verib
Millət vəkili bildirib ki, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası”nın ratifikasiyasına 67 deputat səs verib.
Qeyd edək ki, səsvermədə yalnız hakim “Mülki müqavilə” partiyasından olan deputatlar iştirak ediblər. Müxalifət qüvvələri dinləmələri və bu məsələ ilə bağlı yekun qərarı boykot ediblər.