Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası prosesi dalana dirənməyib.
Diaspora.TV Ermənistan mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan deyib.
“Tərəflər növbəti görüşə hazırlaşsa da, onun dəqiq tarixi və formatı barədə razılaşma hələ ki yoxdur”, - deyə Qriqoryan bildirib.
O, delimitasiyanın sərhədin hansı istiqamətində davam edəcəyini açıqlamayıb.
M.Qriqoryanın sözlərinə görə, tərəflər növbəti görüşdə nəqliyyat kommunikasiyalarının açılması məsələsini də nəzərdən keçirəcək.