Tarix: 13.08.2024 / 22:40
Ermənistan 441 Hindistan vətəndaşını  cərimələdi

Ermənistan 441 Hindistan vətəndaşını cərimələdi

2024-cü ilin 7 ayı ərzində 441 Hindistan vətəndaşı viza və ya yaşayış icazəsi olmadan Ermənistanda yaşadıqları üçün inzibati məsuliyyətə cəlb edilib.

Diaspora.TV erməni mediasına istinadla xəbər verir ki, inzibati icraat nəticəsində 22 milyon 500 min dram məbləğində cərimə toplamaq mümkün olub. Bu barədə Miqrasiya və Vətəndaşlıq Xidməti məlumat verib.

Qanunvericiliyə əsasən, Ermənistan Respublikasında viza və ya yaşamaq icazəsi olmadan və ya etibarsız sənədlərlə qalan, habelə ölkə ərazisindən tranzit daşınması qaydasını pozan əcnəbilər minimum əmək haqqının 50 mislindən 100 mislinədək məbləğində cərimə edilir.

Şərhlər

Yaz...