Tarix: 15.07.2024 / 17:21
Ermənilərin əksəriyyəti Azərbaycanın haqlı olduğunu başa düşür   - Diaspor fəalı

Ermənilərin əksəriyyəti Azərbaycanın haqlı olduğunu başa düşür - Diaspor fəalı

“İstər 44 günlük Vətən müharibəsi, istərsə də müharibədən sonrakı dövrdə Azərbaycanın haqq səsini dünya azərbaycanlıları kimi Vladimir vilayətində yaşayan soydaşlarımız da yerli ictimaiyyətə çatdırdı. Həmvətənlilərimiz yaşadıqları şəhər və rayonlarda bu istiqamətdə xeyli iş gördü və görməkdə də davam edirlər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında filologiya elmləri namizədi, Vladimir Dövlət Universitetində Peşəkar ünsiyyətlərin xarici dillər kafedrasının dosenti, bir çox dərs vəsaitlərinin müəllifi Telman Əliyev deyib.

Onun sözlərinə görə, Novruz, Nar bayramları, Milli İstiqlal Günü və s. keçirdikləri tədbirlərə Vladimir şəhər və vilayətin yüksək vəzifəli şəxsləri, rus və digər millətlərin nümayəndələri dəvət olunurlar.

“Onların qarşısında çıxış edən hər bir soydaşımız Azərbaycanın çoxmillətli ölkə olduğunu qeyd edir. Ermənistanla Azərbaycan arasında sülhün məcburi olduğunu qeyd edirik. Ölkə rəhbərliyinin bu istiqamətdə siyasətinin nə qədər düzgün və ədalətli aparıldığını vurğulayırıq. Hər bir şəxs çıxışında ordumuzun döyüşçülərinin göstərdiyi qəhrəmanlığı dönə-dönə qeyd edir, Vətən uğrunda döyüşmüş şəhidlərin ruhu qarşısında baş əyir, qazilərimizə sağlamlıq arzulayırlar”.

T.Əliyev qeyd edib ki, Vladimir vilayətində çoxlu sayda ermənilər də yaşayır:

“Onların əksəriyyəti Azərbaycanın haqlı olduğunu başa düşür. Vladimir vilayətində Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyyəti ictimai təşkilatı var. Bundan əlavə hər bir rayonda da azərbaycanlıların yerli təşkilatları da fəaliyyət göstərir. İctimai təşkilatların adından xeyirxah işlər görülür ki, o da azərbaycanlıların hörmətini daha yüksək səviyyəyə qaldırır. Soydaşlarımız Qocalar evinə, Körpələr evinə yardım etmək kimi xeyirxah işlər görürlər. Yaşadığımız şəhərdə həmyerlilərimiz müxtəlif sahələrdə çalışırlar: iş adamları, orta və ali məktəb müəllimləri, həkim, polis və s. hər kəs istər vilayət, istərsə də şəhər və rayon səviyyəsində keçirilən bütün tədbirlərdə iştirak etməklə bir daha öz varlığlarını göstərirlər”.

T.Əliyev qeyd edib ki, Vladimir şəhərində milli məktəbin açılmasını istəyirlər:

“Milli ansamblı yaratmaqda da müəyyən çətinliklərimiz var. Ümidvarıq ki, müəyyən müddətə bu və digər çətinliklər də aradan qaldırıla bilər”.

Xəyalə Zöhrab
Diaspora.TV


Şərhlər

Yaz...