Tarix: 12.09.2024 / 16:50
 Ermənilər sığınacaq almaq üçün Azərbaycanı doğulduğu yer kimi    qeyd edirlər

Ermənilər sığınacaq almaq üçün Azərbaycanı doğulduğu yer kimi qeyd edirlər

"Bu yolla müxtəlif ölkələrdən daha asan sığınacaq ala biləcəklərini düşünən Ermənistan vətəndaşlarının müraciətlərinə əlavə legitimlik verə biləcəyini nəzərə alaraq, Azərbaycanı da doğulduğu yer kimi qeyd etmələri halları çoxdur".

Diaspora.TV xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

O, etiraf edib ki, belə bir tendensiya var.

Mirzoyanın sözlərinə görə, bu, sığınacaq ölkəsindən qayıtdıqları təqdirdə həmin şəxslərin Azərbaycana deyil, Ermənistana göndərilməsini təmin etmək öhdəliyini aradan qaldırmır.

Mirzoyan əlavə edib ki, Ermənistanın xaricdəki diplomatik nümayəndəlikləri Ermənistan vətəndaşlarının xaricdəki problemlərində fəal iştirak edir.

Şərhlər

Yaz...