Tarix: 17.08.2024 / 12:44
Ermənilər sentyabrda hücuma hazırlaşır   - PLAN

Ermənilər sentyabrda hücuma hazırlaşır - PLAN

Ermənistanda Bakıda həbsdə olan separatçıların buraxılması üçün COP29 tədbirini fürsət olaraq görürlər.

Diaspora.TV publika.az-a istinadla xəbər verir ki, Avropa İnsan Haqları Məhkəməsində “erməni hərbi əsirlərin” (söhbət separatçılardan gedir) maraqlarını təmsil edən hüquq müdafiəçisi Siranuş Saakyan COP29 ərəfəsində Azərbaycana qarşı “insan haqları” və “demokratik dəyərlər” məsələsi üzərindən beynəlxalq təzyiq kampaniyası başlatmağı təklif edir.

S.Saakyan bildirib ki, Ermənistan COP29 tədbirinə ev sahibliyi etmək məsələsində Azərbaycana dəstək verməklə qarşılığında 32 ermənini geri qaytara bildi.

“32 erməni iki azərbaycanlı əsgərlə dəyişdirildi, lakin burada COP29 tədbiri mühüm rol oynayıb. Tədbirin Azərbaycanda keçirilməsinə artıq qərar verilib, biz yaranmış fürsətdən istifadə etməli, beynəlxalq diqqəti demokratiyaya, insan haqlarına yönəltməliyik. Tədbirin qanuni şəkildə baş tutması üçün “erməni hərbi əsirlər” (separatçılar - red.) məsələsinin həllini aktuallaşdırmaq olar”, - Saakyan deyib və bununla COP29 zamanı Azərbaycana yönələcək beynəlxalq diqqəti “demokratiya”, “insan haqları” kimi məsələlərə yönəltməyi və rəsmi Bakıya bu məsələ üzərində təzyiq etməyi təklif edir.

O hesab edir ki, Azərbaycan beynəlxalq reytinqini nəzərə alaraq, tədbirin rahat təşkilinə zəmanət almaq üçün müəyyən jest edə və Bakıda həbsdə olan ermənilərin hamısını İrəvana qaytara bilər.

Saakyan təklif edir ki, Azərbaycana qarşı kampaniyaya sentyabr-oktyabr aylarında başlasınlar:

“Əgər bir sıra beynəlxalq tərəfdaşlar bu kampaniyaya qoşulsalar və COP29 tədbirində iştirak üçün ilkin şərt kimi ermənilərin geri qaytarılmasını irəli sürsələr, Azərbaycan təzyiqlə üzləşəcək və bu problemi qismən də olsa, həll edəcək”.

Şərhlər

Yaz...