Tarix: 27.07.2024 / 11:43
Fransız aparıcı Qarabağdan danışaraq  Olimpiya Oyunlarını siyasiləşdirməyə cəhd edib

Fransız aparıcı Qarabağdan danışaraq Olimpiya Oyunlarını siyasiləşdirməyə cəhd edib

Parisdə keçirilən Olimpiya Oyunlarını canlı yayımlayan Fransanın iki televiziya kanalı açılış mərasimini siyasiləşdirməyə cəhd ediblər. Olimpiadanın açılışında Ermənistan nümayəndə heyəti paraddan keçərkən "France 2" TV-nin məşhur aparıcısı erməniləri yaxın dostları adlandırıb və əlavə edib ki, onlar guya Azərbaycanla müharibədə Dağlıq Qarabağı itiriblər. Sözügedən TV-nin aparıcısı eyni sözləri Azərbaycan nümayəndə heyəti paraddan keçəndə də təkrarlayıb.

Diaspora.TV xəbər verir ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu İdarə Heyətinin üzvü Aytən Muradova dərhal bu barədə “X” platformasında açıqlama yayıb.

A.Muradova qeyd edib ki, Qarabağ 30 il Ermənistan tərəfindən işğalda saxlanılan Azərbaycan ərazisi idi:

“Onlar bu barədə danışmaq üçün əmr almışdı?”

Əlavə məlumat verəcəyik...

Qeyd edək ki, ölkəmizin bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayevdir.

Azərbaycan millisi Fransa paytaxtında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.



Şərhlər

Yaz...