Tarix: 23.04.2024 / 15:54
Ermənilər hər il kilsədə “timsah göz yaşları” tökür -  Niderlanddakı diaspor rəhbəri

Ermənilər hər il kilsədə “timsah göz yaşları” tökür - Niderlanddakı diaspor rəhbəri

“Biz yalnız “qondarma soyqırım”ı ərəfəsində deyil, hər zaman ermənilərin təzyiqlərinə, təhdidlərinə məruz qalırıq”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Niderlandda yaşayan azərbaycanlı, “Azərbaycan Evi”nin rəhbəri Elxan Mirhəşimli bildirdi.

E.Mirhəşimli qeyd etdi ki, torpaqlarımız erməni işğalından azad edilsə də, əfsuslar olsun ki, mina terrorunun azərbaycanlı qurbanları hələ də var:
Onun sözlərinə görə, ermənilər son 30 ildə Azərbaycan xalqına qarşı Qarabağda və ətraf rayonlarda, həmçinin Qərbi Azərbaycandan deportasiya edilən azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib:

“Qeyd edim ki, Niderlandda ermənilər hər il olduğu kimi bu ildə yəqin ki, “qondarma soyqırım”ının ildönümünü keçirəcəklər. Burada fəaliyyət göstərən erməni saytlarında bu haqda hər zaman paylaşımlar olur. Niderland parlamenti bu “qondarma soyqrımı” tanıyan ölkələrdən biridir. Hazırda Niderlandın Almelo şəhərində ermənilərə aid kilsə var. Kilsənin həyətində “qondarma soyqırım” abidəsi ucaldılıb, hər il orada yığışıb anti-türk təbliğatı aparır, “timsah göz yaşları” tökür və anım günlərini qeyd edirlər. Təəssüflər olsun ki, yerli bələdiyyə nümayəndələri, bəzi təşkilatlar, xristian partiyası və bir sıra siyasi liderlər bu tədbirlərə qatılır, gül çələngləri qoyaraq xristian həmrəyliyi nümayiş etdirirlər. Hətta Niderlandda seçkilərdə qalib gəlmiş Azadlıq Partiyasının sədri Geert Wilders bu abidəni ziyarət edir və bunun üzərindən siyasi oyunlar oynayırlar. Wildersin partiyası seçkilərdə qalib gəlsə də, hələki kabineti qura bilmir ki, Baş nazir kimi fəaliyətini davam etdirsin”.

E.Mirhəşimli bildirdi ki, ermənilər arxivlərində araşdırma aparsalar, tarixdə heç bir soyqırımın olmadığını özləri də görəcəklər:

“Əksinə, Azərbaycan türkləri ermənilər tərəfindən 1905-1906, 1918-1920-ci illərdə soyqırıma məruz qalıb. Ermənistanda da bəzi siyasi qüvvələr yaxşı anlayırlar ki, bu qondarma iddialarla onlar regionda heç bir iqtisadi uğur əldə edə bilməyəcəklər. Qonşularla xoş münasibət qurulmasa, Ermənistanın gələcəyi yoxdur. Buna görə də başqa ölkələr öz maraqları üçün Ermənistandan istifadə edəcək”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...