Tarix: 24.12.2024 / 14:09
Ermənilər azərbaycanlı Xalq artistinin daha bir    mahnısını oğurladılar

Ermənilər azərbaycanlı Xalq artistinin daha bir mahnısını oğurladılar

Ermənilər bu dəfə Xalq artisti Brilliant Dadaşovanın Yeni il mahnısını oğurlayıb.

Diaspora.TV xəbər verir ki, bu barədə Axşam.az-a açıqlamasında bəstənin müəllifi Gülər Həsənli deyib.

O bildirib ki, sözləri Baba Vəziroğluna aid olan mahnı 1998-ci ildə yazılıb.

Mahnını Tiqran Asatryan 2021-ci ildə oxuyub və ona klip çəkdirib.

O, mahnının müəllifi kimi Levon Abrahamyanı göstərib.

G.Həsənli bildirib ki, müəllif hüquqlarını qorumaq üçün bəzi qrumlara müraciət etməyi planlaşdırır.



Şərhlər

Yaz...