Tarix: 01.10.2024 / 18:34
Azərbaycan sülh müqaviləsini imzalamaq istəmir?    - Erməni spikerdən qəribə bəyanat

Azərbaycan sülh müqaviləsini imzalamaq istəmir? - Erməni spikerdən qəribə bəyanat

Noyabrda Azərbaycanın paytaxtı Bakıda keçiriləcək COP29 - BMT-nin İqlim Dəyişikliyi Konfransına qədər Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamaqdan imtina etməsinin əsas maneəsi iradədir.

Diaspora.TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan deyib.

"Müzakirə olunan sənədin birinci bəndinə keçməmək mümkün deyildimi? 13 bənd üzrə razılığa gəldik, daha üç bənd də qismən razılaşdırıldı. Mən deyə bilmərəm ki, Azərbaycan niyə imzalamır. Digər beynəlxalq oyunçuların da iştirakını istisna etmirəm ki, bu prosesdən müəyyən dividendlər əldə etmək üçün prosesdə vasitəçi olmaq üçün müsbət və ya mənfi təzyiqlər var. Kanada, Fransa, Rusiya və Türkiyənin bəyanatları bu prosesə təsir edir və bu təbiidir, bəzi prosesləri geri və irəli apara bilər”, - deyə Simonyan bildirib.


Şərhlər

Yaz...