Ermənistanın Brüsseldəki səfiri Tiqran Balayan Azərbaycanın bu ölkədəki səfiri Vaqif Sadıqovun onu ölümlə hədələdiyini iddia edib və rəsmi etiraz məktubu yazıb.
Diaspora.TV xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, insident Brüsseldə Türkiyə səfirliyinin milli bayram münasibətilə təşkil edilən tədbirdə baş verib.
V.Sadıqov nəşrə açıqlamasında bu məlumatı təkzib edib:
"Mənim heç bir iddiadan və ya məktubdan xəbərim yoxdur. Erməni diplomatlar istədiklərini edə bilərlər".