Tarix: 18.09.2024 / 18:00
 Erməni mediası:     “2 milyon Ermənistan Diaspor Komissarlığına, 6 milyon reperə…”

Erməni mediası: “2 milyon Ermənistan Diaspor Komissarlığına, 6 milyon reperə…”

Ermənistan prezidenti Vaaqn Xaçaturyanın bu gün baş tutmuş İkinci Dünya Erməni Sammitinin açılış mərasimində çıxışı tənqidçi medianın qəzəbinə səbəb olub.

Diaspora.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ermənistan prezidentinin “Diaspor öz rəngarəngliyi, rolu və imkanları ilə ölkəmizin və vətəndaşlarımızın sərvətidir və buna uyğun olaraq Ermənistan Respublikası dövrlərdən, hakimiyyətlərdən, daxili və xarici hadisələrdən asılı olmayaraq bütün dünya ermənilərinin evi və sığınacağıdır” - sözlərini iküzlülük kimi qiymətləndiriblər.

“Diasporla bağlı alovlu çıxışlar edən “prezident” və Paşinyan bir fakt üzərində dayanırlar. 2024-cü ildə Ermənistan hökuməti 7,1 milyard dollar məbləğində xərcləri planlaşdırıb ki, bunun yalnız 2 milyon dolları Ermənistanın Diasporla İş üzrə Baş Komissarlığının büdcəsidir.

Bir daha başa düşməyənlər üçün: 7,1 milyard dollardan ildə yalnız 2 milyon dolları “sərvətə” xərclənəcək”.

Erməni mediası rişxəndlə “reper Snup Doqun konsertinin qiyməti 6 milyon dollardır, bu, sizin real sərvətinizdir, diaspor yox” - yazıb:

“…Yaxşı düzülmüş masalar və pover bank şəklində hədiyyələr və gözəl sözlərlə “Dünya Erməni Sammiti” adlanan hazırkı yararsız şabaş büdcəyə təxminən 150 milyon drama (~ 389.000 dollardan çox) başa gəlir. Hökumətin həmişə bayramlar üçün pulu olacaq, lakin proqram yaratmaq və repatriasiya ilə məşğul olmaq üçün nə pul, nə də resurs var.”

Şərhlər

Yaz...