Tarix: 03.09.2024 / 10:53
Erməni kilsəsi dünya ermənilərini Qarabağ üçün    mübarizəyə səslədi

Erməni kilsəsi dünya ermənilərini Qarabağ üçün mübarizəyə səslədi

Azərbaycan məğlub Ermənistanla sülh bağlamaq üçün yeni təkliflər verdiyi bir vaxtda erməni qriqoryan kilsəsi növbəti dəfə qızışdırıcı və avantürist bəyanatla çıxış edib.

Diaspora.TV erməni mediasına istinadən xəbər verir ki, Livanda yaşayan, Böyük Kilikiya Evinin katolikosu deyə xitab edilən avantürist erməni din xadimi I Aram dünya ermənilərini Qarabağ üçün mübarizəyə çağırıb. O, Qarabağ probleminin hələ həll olunmadığını vurğulayaraq vəzifəsindən, sosial statusundan asılı olmayaraq, erməni olan hər kəsin Qarabağ uğrunda əlindən gələni etməyə səsləyib. Qarabağı “tarixi erməni torpağı” və “Artsax” adlandıran xəstə təfəkkürlü erməni avantürist Qarabağ ermənilərini ilk növbədə daxili cəbhədə gündəlik mübarizəyə səsləyərək deyib:

“Diaspora çevrilməyin, ruhunuzu, düşüncələrinizi, ürəklərinizi, kollektiv mübarizənizi sevimli Artsaxımıza yönəldin.. Əmin olun, Ermənistan, bütün xalq sizinlədir, sizin mübarizənizi dəstəkləyir”.

Göründüyü kimi, Azərbaycan nə qədər humanist prinsipləri əsas tutaraq məsələni sülh yolu ilə həll etmək istəsə də erməni şovinizmi hər vəchlə problemin dinc vasitələrlə həllinə mane olmağa çalışır, qızışdırıcı mövqe tutur.

Şərhlər

Yaz...