Tarix: 19.09.2024 / 15:30
Erməni əlaltısı olan konqresmenin növbəti    avantürası

Erməni əlaltısı olan konqresmenin növbəti avantürası

ABŞ ermənilərin milli komitəsinin (ANCA) əlaltısı olan, Kaliforniya ştatının ABŞ Senatına namizədi, konqresmen Adam Şiff dövlətimiz əleyhinə növbəti dəfə məkrli və avantüris addım atıb.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, o, Konqresə Qarabağdan guya zorla qovulmuş ermənilərə kompensasiya vermək üçün yaradılacaq “Artsax Gəlirlərinin Bərpası Fonduna” köçürmək üçün Azərbaycana məxsus aktivlərinin müsadirə edilməsinə dair ikitərəfli qanun layihəsi təqdim edib.

ANCA-nın icraçı direktoru Aram Hamparian da bunun əvəzində seçiciləri Adam Şiffə səs verməyə çağırıb.

Qeyd edək ki, erməni şovinistlərinin əlaltısı Adam Şiffin adı dəfələrlə müxtəlif qalmaqallarda və iyrənc hadisələrdə hallanıb. Onun pedofil olduğuna dair mediada yayılmış fotolar, müxtəlif siyasi məsələlərlə bağlı ictimaiyyətə yalan məlumatlar verməsi böyük səs-küyə səbəb olmuşdu.

Şərhlər

Yaz...