Tarix: 18.08.2024 / 09:01
Erməni diasporunun COP29-la bağlı  Azərbaycana qarşı kampaniyası davam edir

Erməni diasporunun COP29-la bağlı Azərbaycana qarşı kampaniyası davam edir

Dünya Erməni Federasiyası - Daşnaksutyunun Livandakı orqanı Azərbaycanda keçiriləcək mötəbər COP29 iqlim konfransı ilə bağlı bu ölkədə akkreditə olunmuş səfirlərə böhtan və qərəz dolu məktublar göndərib.

Diaspora.TV xarici KİV-ə istinadən xəbər verir ki, təşkilat BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransı olan COP29 məsələsi ilə bağlı kampaniyaya başlayıb və bu kampaniya çərçivəsində ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, İspaniya, Çin, Avropa İttifaqı, İtaliya, İsveçrə, Hollandiya, Yunanıstan, Danimarka, Avstriya, Almaniya, Bolqarıstan, Yaponiya, İsveçrə, Uruqvay, Çili, Argentina, Kanada, Küveyt, Səudiyyə Ərəbistanı və Malayziyanın səfirlərinə müraciət edib.

Təşkilatın səfirlərə müraciətlərində tədbirin guya Qarabağda “yerli erməni xalqına qarşı etnik təmizləmə aparan ölkədə” keçiriləcəyi barədə məlumat verilir.

Səfirlərə ünvanlanan məktubda deyilir:

“Azərbaycan aclıq, bombardmanlar, səbəbsiz hücumlar və qorxu mühiti yaymaqla soyqırım kampaniyası həyata keçirib. Erməni girov və hərbi əsirlərin Bakı həbsxanalarında saxlanması beynəlxalq hüquq çərçivəsində geri qayıtmaq hüququndan istifadə etməyi düşünənlər üçün ciddi xəbərdarlıqdır. Buna görə də Azərbaycanın noyabr təşəbbüsünü “Sülh COP-u” adlandırmaq ən azı iyrənc və şokedicidir, çünki o, ilkin təcavüz və soyqırım yolu ilə sülhə nail olmaq ideyasını dəstəkləmək məqsədi daşıyır”.

Şərhlər

Yaz...