"Müxtəlif diaspor nümayəndələri “Vətən Uğrunda” hərəkatına dəstək və köməkliklərini bildiriblər".
Diaspora.TV erməni KİV-nə istinadən xəbər verir ki, bunu mayın 17-də jurnalistlərlə söhbətində Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan deyib.
Azərbaycanda həbsdə saxlanılan terroristlərin həbs müddətinin uzadılmasına münasibət bildirən arxiyepiskop deyib:
“Bu, böyük bədbəxtlikdir. Bu, Ermənistan hakimiyyətinin iradəsizliyinin növbəti təzahürüdür. Bu insanlarda nə utancaq, nə də anlayış var. Bu sürpriz kimi deyil. Sual olunur ki, ölkəmizin bu rəhbərliyi nə edir?”