Kaliforniyadakı Azərbaycan icması erməni diasporu və Azərbaycanda həbsdə olan cinayətkar Ruben Vardanyanla bağlı diqqət çəkən məlumat paylaşıb.
Diaspora.TV xəbər verir ki, Azərbaycan icması “X” platformasındakı profilində erməni diasporu və Vardanyan ailəsinin Azərbaycan əleyhinə kampaniyanı gücləndirdiklərini bildirib:
“Oliqarx Ruben Vardanyanın ailəsi və erməni diasporu Azərbaycana qarşı nağıllara təsir etmək üçün Fransa, Böyük Britaniya və ABŞ-dakı tanınmış lobbiçiləri maliyyələşdirir”.