Aprelin 20-də saat 17:00-da İsveçdəki Erməni Gənclər Federasiyası Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında yürüş keçirəcək.
Bu barədə məlumatı Diaspora.TV-yə İsveç Azərbaycanlıları Konqresinin sədri, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun həmtəsisçisi Emil Mirzəyev bildirib.
E.Mirzəyev bildirib ki, aksiya "erməni soyqırımı”na həsr olunub.
Yürüşdə həmçinin 27 sentyabr, 2023-cü ildən həbs edilən Qarabağdakı separatçı rejimin "rəhbərləri”nə dəstək nümayiş etdiriləcək.
Qeyd edək ki, erməni diasporu Stokholmda Azərbaycan diasporunun, xüsusən də onun rəhbəri E.Mirzəyevi davamlı olaraq izləyir, onu getdiyi yerlərdə təqib edirlər. E.Mirzəyevin keçirdiyi görüşlər və şəxslər erməni diaspor nümayəndələrinin diqqətindən yayınmır. Bu barədə özlərinə məxsus internet resurslarda, xüsusən də sosial şəbəkələrdə geniş müzakirələr açırlar.