Tarix: 22.11.2024 / 19:52
 Erməni diaspor rəhbərinin oğlu rus qızını hamının gözü   qarşısında döydü

Erməni diaspor rəhbərinin oğlu rus qızını hamının gözü qarşısında döydü

Saratov vilayətinin Balakovo şəhərində erməni diasporunun rəhbəri Petik Aspoyanın oğlu şəhərdəki müəssisələrdən birində onlarla insanın gözü qarşısında rus qızını döyüb.

Diaspora.TV xəbər verir ki, bu barədə Avropa Azərbaycanlıları sosial media hesabı məlumat yayıb.

Təsadüfən yoldan keçən başqa bir qız da Asopyan tərəfindən təhqir edilib.

Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Bastrıkin işi şəxsi nəzarətinə götürdükdən sonra Balakovodakı erməni diasporu liderinin oğlu saxlanılıb.

Aspoyana qarşı 7 ilə qədər həbsi nəzərdə tutan xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.


Şərhlər

Yaz...