Tarix: 06.07.2024 / 17:00
Ərəb qlobal diasporu haqqında   nə bilirik?

Ərəb qlobal diasporu haqqında nə bilirik?

Son əsrin qlobal diaspor fenomenlərindən danışarkən, ilk sıralara ərəb icmalarını qoymamaq insafsızlıq olardı. Onların öz ölkələrinə gətirdiyi faydalar yaxşı mənada təəccüb doğurur. Əslən Fələstin, Mərakeş, İraq, Misir və Əlcəzairdən olan, xaricdə yaşayan çoxlu sayda ərəb Yaxın Şərq və Şimali Afrikanın (MENA) əksər ölkələrinin hökumətləri üçün iqtisadi fayda mənbəyi rolunu oynayırlar.

Qeyd etdiyimiz ölkələrin hökumətləri evə pul köçürmələrindən başqa, bütün dünyaya səpələnmiş diaspor üzvlərinin təcrübəsindən və əlaqələrindən maksimum faydalanırlar.

Pul köçürmələri, xüsusilə çətin dövrlərdə valyuta mənbəyi kimi vacibdir.

MENA mühacirləri və onların nəsilləri 2014-cü ildə mənşə ölkələrindəki qohum və dostlarına rəsmi kanallarla təxminən 53 milyard dollar pul göndəriblər. Livan və İordaniyada bu köçürmələrin payı həmin ölkələrin ÜDM-lərinin təxminən 15%-ni təşkil edir.

Dünya Bankı Qrupunun “İqİqtisadi İnteqrasiya və Sahibkarlıq üçün Yaxın Şərq və Şimali Afrika diasporlarının səfərbər edilməsi” adlı yeni hesabatında deyilir ki, MENA hökumətləri öz diasporlarının birbaşa investisiyalarda, eləcə də “beyin qazancı”, bacarıq və peşəkar əlaqələrin “köçürmələrində” daha böyük rol oynaya biləcəyini rəsmi şəkildə qəbul etməyə daha çox diqqət yetirməlidirlər.

MENA regionunda bunun bir neçə nümunəsi var. Məsələn, Kanadanın təyyarə istehsalçısı “Bombardier”in Mərakeşdə təyyarə hissələrinin istehsal edən zavodu açılıb ki, bu da mərakeşli bir mühacirin sərmayəsi və bağladığı müqavilə nəticəsində mümkün olub.

Hesabatın aparıcı müəllifi Meriyem Maluş qeyd edir ki, bu diasporlarda yaşayan milyonlarla insan var ki, onlar inkişafda daha böyük rol oynaya bilərlər, şəxsi əlaqələr biznesi yaxşılaşdırır.

2,8 milyon Mərakeş vətəndaşının yaşadığı Tunisdə diaspor 1,2 milyonluq mərakeşlini əhatə edir. Onlarla məşğul olan diaspor dövlət qurumları var. Onların həmçinin ikili vətəndaşlığ və səsvermə hüquqları da var.

Əlcəzairdə təxminən 1,7 milyonluq diasporanın səs verməsi üçün müəyyən səylər göstərilib. Özlərini fransız-əlcəzairli hesab edən insanlar belə, bəzən Əlcəzair seçkilərində səs verməməyi seçirlər. Lakin diasporları MENA hökumətlərinə dərin inamsızlığı aradan qaldırmağa təşviq etmək üçün daha çox səy lazımdır. Diasporların rəsmi tanınması onların etibarını, xüsusən də ən həssas olan “elitar diasporaları” bərpa edə bilər.

Hazırda diaspor nümayəndələri öz vətənlərində insanların həyatında iştirakının ən geniş yayılmış formaları kimi “mentorluq” və “əməkdaşlıq” adlandırırlar. Çoxları pulun bir hissəsini ayırmağa hazırdır. MENA ölkələrində hətta 10.000 dollara qədər pul da sahibkarlara öz bizneslərini qurmaq imkanı verə bilər.

Vahid Əli
Diaspora.TV

Şərhlər

Yaz...