Tarix: 17 Oktyabr 2024 19:40 | Baxış sayı: 153
Ərdoğan kritik isimlə görüşdü   - Böyük müharibə həyəcanı yaşanır

Ərdoğan kritik isimlə görüşdü - Böyük müharibə həyəcanı yaşanır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İraq Kürdüstan Regionunun başçısı Nəçirvan Bərzanini qəbul edib. Liderlər sonuncu dəfə bu ilin aprel ayında Türkiyə prezidentinin Ərbilə səfəri zamanı bir araya gəlib. Bu mənada görüş diqqət çəkir.

Görüş zamanı R.T.Ərdoğan HƏMAS-İsrail gərginliyi ilə bağlı fikirlərini Bərzaniyə çatdırıb. Türkiyə prezidenti İsrailin regional fəaliyyətlərinin Yaxın Şərqə təhdid və risklər yaratdığını, Ankaranın isə sabitlik və təhlükəsizliyə önəm verdiyini qeyd edib.

Hazırda Ərdoğanın gündəmində başlıca məsələ İsrail və onun regional fəaliyyətidir. Misal üçün, “Fələstinin gələcəyi” adlı konfransda çıxışı zamanı Ərdoğan “Yaxın Şərqdəki müharibə Türkiyəyə yaxınlaşır”, “Biz bütün tədbirləri görürük” kimi fikirlər səsləndirmişdi.

Türkiyə prezidentinin “Fələstinin gələcəyi” adlı konfransda çıxışı zamanı dediyi fikirləri Nəçirvan Bərzanini qəbul edərkən də deməsi diqqət çəkir. Əslində, bu məqam görüşün əsl səbəbi və mahiyyətini açır.

Şübhəsiz, İsrail İranla mübarizə fonunda Tehranın regiondakı proksilərini zəiflətmək və sıradan çıxarmaq üçün genişçaplı işlər görür. İri planda isə Təl-Əviv regionun siyasi xəritəsini dəyişməyə çalışır. Söhbət Türkiyə, Səudiyyə Ərəbistanı, Misir, İordaniya kimi ölkələrdən getmir. İsrailin hədəfində İran proksilərinin hakim olduğu Suriya, İraq kimi ölkələr var. Xüsusilə bu iki ölkənin parçalanmasını gerçəkləşdirəcək maraq qruplarının varlığı Təl-Əvivin işini asanlaşdırır.

Ankara regionun siyasi xəritəsinin dəyişməsində maraqlı deyil. Xüsusilə bu prosesin İraqda baş tutması Türkiyənin milli təhlükəsizlik konsepsiyasına tam ziddir. Məsələ ondadır ki, İraqın parçalanması öz növbəsində İraq Kürdüstan Regionunun müstəqil Kürdüstan olması deməkdir. Türkiyədə kürd problemi tam həll edilmədən belə bir şeyin baş verməsi prosesi uzada, hətta daha da qəlizləşdirə bilər.

Ehtimal ki, İsraillə İraq Kürdüstan Regionu arasında bu istiqamətdə təmaslar olub. Təmasların nəticəsi tam məlum olmasa da, görünür, Ankara bundan xəbərdardır. Bunu Nəçirvan Bərzaninin xarici işlər naziri Hakan Fidan, MİT rəhbəri İbrahim Kalınla görüşməsi də təsdiq edir.

Diqqətçəkən digər məqam isə İsrailin 2017-ci ildə Kürdüstanın müstəqilliyi üçün referendum keçirilməsinə müsbət reaksiya verən yeganə ölkə olmasıdır. Mümkündür ki, Təl-Əviv Ərbili yenidən referenduma təşviq edir. Ankara isə 2017-ci ildə olduğu kimi, bu dəfə də prosesin qarşısına alacaq.

Turan Rzayev
Politoloq

Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs