Tarix: 29.06.2024 / 22:00
Ərdəbillilər Xameneinin nümayəndəsinə   səs vermədi

Ərdəbillilər Xameneinin nümayəndəsinə səs vermədi

İranda növbədənkənar prezident seçkilərindən əvvəl Əli Xameneinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlilinin Ərdəbil əyalətində səslərin əksəriyyətini qazanacağı ilə bağlı propaqanda iflasa uğrayıb.

Diaspora.TV xəbər verir ki, bu, Ərdəbil əyalətində səslərin hesablanmasından sonra əldə olunan nəticələrdən məlum olub.

Səslər sayıldıqdan sonra türk namizəd Məsud Pezeşkianın böyük fərqlə öndə olduğu bilinib.

Yerli müşahidəçilər bunun Tehran rejiminin Azərbaycan bölgələri arasında zidiyyət yaratmaq cəhdlərinin məğlubiyyətə uğraması kimi dəyərləndiriblər.

"Bu, Pezeşkiana dəstək deyil, sadəcə Əli Xamenei və onun komandasının azərbaycanlılar arasında zidiyyətlər yaratmaq cəhdlərinə cavab idi",- məsələ ilə bağlı edilən paylaşımlarda bildirilib.

Ərdəbil əyaləti üzrə səslərin nəticələri: Məsud Pezeşkian: 382 600, Səid Cəlili: 72 800,Məhəmməd Baqir Qalibaf: 36 300./GünazTV


Şərhlər

Yaz...