Tarix: 06.09.2024 / 08:13
 Ərdəbildə yeni doğulan körpələrə daha çox türk    adları verilir

Ərdəbildə yeni doğulan körpələrə daha çox türk adları verilir

Güney Azərbaycanda yeni doğulan körpələrə türk adlarının verilməsi halları artıb.

Diaspora.TV xəbər verir ki, Ərdəbil əyalətində rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin rəisi Vəhid Xülusi deyib ki, Əli, Məhəmməd və Əmir əvəzinə yeni doğulan oğlan uşaqlarına daha çox Ayhan, Arkan, Əlisan adları qoyulur.

Onun sözlərinə görə, Ərdəbildə körpələrə türk adlarının seçilməsi təəccüb doğurur.

Vəhid Xülusi qeyd edib ki, ötən illərdə qızlara daha çox Fatimə, Zəhra, Məryəm və bir sıra İslama uyğun adlar seçilirdisə, bu gün valideynlərin bir çoxu qızlarına Mahlin, Nisan kimi adlar verirlər və sözügedən idarə də onları qeydiyyata almağa məcbur olur. /GADTB


Şərhlər

Yaz...