Güneyli fəallar Ərdəbildə İranda yaşayan Qaşqay türklərinə dəstək olmaq məqsədi ilə divarlara vərəqələr yapışdırıblar və İslam Respublikasının etdiyi ayrı-seçkiliyə etirazlarını bildiriblər.
Diaspora.TV xəbər verir ki, bu barədə “Araz News” məlumat yayıb.
Məlumata görə, dəstək vərəqələri “Qaşqay Yurd – Azərbaycan, bir ürəkdir, bir can!” başlığı ilə dərc olunub.