Tarix: 15.07.2024 / 19:08
Ərdəbildə iş yerlərinə türkcə adların qoyulması   qadağan edildi

Ərdəbildə iş yerlərinə türkcə adların qoyulması qadağan edildi

Ərdəbil əyalətində iş yerləri, o cümlədən restoranlar, şirkətlər, mağazalar və başqa bu qəbildən olan obyektlərə türk adlarının qoyulmaması ilə bağlı xəbərdarlıq edilib.

Diaspora.TV xəbər verir ki, bu barədə ərdəbilli mədəni fəallar məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Ərdəbil əyalətinin İctimai Məkanlara Nəzarət İdarəsi iş adamlarına təlimat göndərib.

Bildirilib ki, bu qaydaları riayət etməyən iş yerlərinin fəaliyyət icazəsi ləğv ediləcək.

Bununla yanaşı ümumi qaydalara uyğun olaraq obyektlərə fars dilində olan adların qoyulması tövsiyə olunub.

Qeyd edək ki, bundan əvvəl Tehran Polis Komandanlığı da oxşar məlumat yayaraq iş yerlrinə türk dilində lövhələrin quraşdırılmasına qadağa qoyulduğu bildirilmişdi.

Polis Komandanlığının məlumatında "türk adlarından türklər yaşayan əyalətlərdə istifadə edilməsinin mümkün olduğu"u qeyd edilmişdi.

Sonuncu təlimatda isə Tehran polisinin iddiasının əksinə olaraq, Azərbaycan əyalətlərində də, türk adlarından istifadəyə məhdudiyyətlər qoyulduğu məlum olur./GünazTV






Şərhlər

Yaz...