Yeni təhsil ilinin başlanması ilə bağlı Ərdəbildə bir qrup azərbaycanlı fəal Ərdəbil məktəblərində uşaqlara yüzlərlə Azərbaycan türkcəsində kitab paylayıblar.
Diaspora.TV xəbər verir ki, Azərbaycanlı fəallar bu vasitə ilə ölkənin təhsil sistemində fars dilinin hakim olmasına etiraz ediblər.
Azərbaycanlı fəallar Ərdəbil bölgəsində ümumiyyətlə yeni təhsil ilinin başlanması münasibətilə yüzlərlə türkcə kitablar paylamaqla irqçi fars-molla rejimin assimilyasiya siyasətinə öz etirazlarını bildirib, azərbaycanlı uşaqları öz dillərini öyrənməyə çağırıblar.