Tarix: 16.08.2024 / 08:50
Əminəm ki, dövlət tərəfindən ciddi addımlar atılacaq  - Ceyhun Məmmədov

Əminəm ki, dövlət tərəfindən ciddi addımlar atılacaq - Ceyhun Məmmədov

“Hesab edirəm ki, xarici ölkə vətəndaşı olan azərbaycanlı gənclərə Azərbaycan ali təhsil müəssisələrində güzəştlərin tətbiqi olduqca önəmli məsələdir. Əslində bu Azərbaycanın İlahiyyat Universitetində tətbiq olunur. Bu gün xaricdə yaşayan azərbaycanlılar da İlahiyyat Universitetində heç bir ödəniş olmadan təhsil ala bilərlər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında deputat Ceyhun Məmmədov deyib. Millət vəkili hesab edir ki, gənclərin təhsil alması üçün bu güzəştlərin tətbiqi mütləqdir:

“Xaricdə yaşayan azərbaycanlıların Azərbaycanda təhsil alması üçün mütləq şərait olmalıdır. Biz bunu dəfələrlə müzakirə etmişik. Məsələn, Gürcüstan, İran, Türkiyədə bizim çoxlu vətəndaşlarımız var, onların Azərbaycanla bağlılığını gücləndirmək, dövlətmizin diqqət və qayğısını göstərmək üçün belə bir addımın atılmasına ehtiyac var. Onlar bizim soydaşlarımızdır”.

Deputat bildirib ki, onlar Azərbaycan şəraitindən bəhrələnmək imkanlarına mailk olmalıdırlar:

“Onlar da bunu dövlətin qayğısı kimi ən yüksək səviyyədə qiymətləndirə bilərlər. Bu da prosesə öz töhvəsini verə bilər. Bu vacib bir qərardır. Əminəm ki, dövlətimiz tərəfindən ciddi addımlar atılacaq. Bizim gənclərimiz də dövlətin bu imkanlarından istifadə edəcəklər”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...