Xalq artisti Emin Ağalarov maraqlı açıqlaması ilə diqqət çəkib.
Diaspora.TV xəbər verir ki, E.Ağalarov “DreamFest”də rus jurnalistlərin suallarını cavablandırıb:
“Düzdür, mexanizmi tam izləyə bilmərik. Amma hesab edirəm ki, festivalın nəticəsi olaraq uşağın doğulmağını sənədlə təsdiq edə bilsə, onların “SeaBreeze”də evi olmalıdır”.
Qeyd edək ki, Rusiya KİV-i bu barədə məlumatı Xalq artistinin həmin uşaqlara ev hədiyyə edəcəyi kimi yazıb.
Diaspora.TV