Moskvada yaşayan azərbaycanlı iş adamı Emin Ağalarov bakılı iş adamı Yan Abramovla yaxşı münasibət saxlamaq niyyətində olduğunu deyib.
Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, Alsunun konsertindən əvvəl danışan müğənni, ifaçının qalmaqallı boşanmasının təfərrüatlarına varmadığını qeyd edib.
“Onunla heç vaxt bu məsələni müzakirə etməmişəm və etmək niyyətində də deyiləm ”,- deyə Ağalarov bildirib.
Emin vurğulayıb ki, Yan onun iş ortağıdır, onunla əsasən iş mövzularında ünsiyyət qurur:
“Mən həm Alsu, həm də onun keçmiş əri ilə dostam. Hər ikisi gözəl insanlardır. Biz ailənin şəxsi işlərinə qarışmırıq, ona görə də heç bir şərh olmayacaq”.
Emin Ağalarovdan müsahibə alan jurnalist Kseniya Sobçak telegram kanalında Yana dəstək ifadəsi olaraq video yerləşdirib.
“Alsuya işində və yeni həyatında uğurlar arzulayıram”, - deyə Kseniya Sobçak bildirib.