Moskvada yaşayan azərbaycanlı iş adamı Emin Ağalarov “Krokus”u miras almaq istəmədiyini bildirib.
Diaspora.TV xəbər verir ki, o, bu barədə “Diqqət: Sobçak” layihəsi çərçivəsində rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində deyib.
“Mənim üçün bu çevrilmiş bir səhifədir. Mən ona varis olmaq, onunla heç bir əlaqəm olmasını istəmirəm. Yenə də sözün yaxşı mənasında, çünki orada çox səy və vaxt sərf etmişəm. Mən heç kimin köməyi olmadan yalnız mənim olacağım bir şey qurmaq istəyirəm ki, özümü tək hiss edim!”, – deyə Ağalarov bildirib.
Qeyd edək ki, Emin 22 il “Crocus”da işlədikdən sonra 2022-ci ildə atasının işini tərk edib.