Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsi çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin ümumi fəaliyyəti və xaricdə yerləşən Azərbaycan Evlərinə həsr olunmuş sessiya təşkil edilib.
Diaspora.TV komitənin saytına istinadən xəbər verir ki, sessiyada Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev iştirakçılara Komitənin və Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyət istiqamətlərindən, həyata keçirdiyi layihələrdən, Koordinasiya Şuralarından, xalqlararası münasibətlərdə Azərbaycan diasporunun rolundan, o cümlədən ölkəmizin diaspor siyasətindən, dövlətimizin xaricdə yaşayan azərbaycanlılara mütəmadi qayğısından barədə danışıb.
Sədr müavini Komitənin fəaliyyətinin mühüm istiqamətlərindən birinin dünyanın müxtəlif ölkələrində Azərbaycan evlərinin açılması olduğunu qeyd edib.
Dünyanın 15 ölkəsində 29 Evin fəaliyyət göstərdiyini vurğulayan E.Əliyev Komitənin Azərbaycan evlərini hər cür lazımı vəsaitlə təmin etdiyini, xaricdə yaşayan azərbaycanlıların burada təmənnasız olaraq tədbirlər keçirə, dərnəklər təşkil edə, filmlərə baxa bilə, bir sözlə, Azərbaycan icmasının hər bir üzvü burada asudə vaxtını səmərəli keçirə biləcəyini vurğulayıb.
Sessiyada Azərbaycan Evlərinin xaricdə yaşayan soydaşlarımızın bir araya gəlmələri, həmrəylik nümayiş etdirmələri, yaşadıqları ölkələrdə Azərbaycan mədəniyyətinin təbliği baxımından böyük əhəmiyyət daşıdığı bildirilib.
İlkanə Qoca
Mənə və ailəmə çox hörmətsizlik edib Elşad bəy. Gördüyümüz işləri də özünün Niderlandda seçdiyi “xüsusi təyinatlı diasporaçılarının” adına yazdı. Nədən fiasporaya bu qədər zərbə vurdu bu cənab? Səbəb? Bir gün açılar bu düyünlər də inşallah. Hər kəs etdiyini bulur, bu haqqın qanunudur.
04.08.2024 / 16:36