Tarix: 01.12.2024 / 20:36
Əhməd bəy Ağaoğlunun adı geri qaytarılsın  - Türkiyədə dərnəklər də müraciət etsin

Əhməd bəy Ağaoğlunun adı geri qaytarılsın - Türkiyədə dərnəklər də müraciət etsin

"Tanınmış hüquqşünas Səməd Vəkilovun Ankara Büyükşehir Belediyesi başqanı Mansur Yavaşa Türk dünyasının böyük oğlu Əhməd bəy Ağaoğlunun 1976-cı ilə qədər adına daşıyan küçənin yenidən qaytarılması ilə bağlı müraciəti qardaş Türkiyə mediasında geniş yayılmaqdadır. Dünən Səməd Vəkilovun açıqlaması Böyük Britaniyada yaşayan türklərin aparıcı media orqanı olan və mərkəzi ofisi Londonda yerləşən "Eurovizyon.co.uk" saytında da yayınlandı".

Diaspora.TV xəbər verir ki, bu barədə açıqlama ilə diaspor məsələləri üzrə ekspert Elnur Eltürk çıxış edib.

E.Ertük bildirib ki, artıq prosesə Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri, saxta “erməni məsələsi” üzrə tədqiqatçı-yazar Sərdar Ünsal da qoşularaq media vasitəsilə bələdiyyə sədrinə müraciət edib:

"Türkiyədə fəaliyyət göstərən dərnək sədrlərindən, yazarlardan da bu istiqamətdə müraciətləri gözləyirəm. İnanıram ki, edilən müraciətlər öz müsbət nəticəsini verəcək. Ankara bələdiyyəsi tərəfindən bu addım atılarsa, iki qardaş ölkə arasında münasibətlərimizin inkişana uğurlu töhfə olacaq".

Qeyd edək ki, böyük mütəfəkkərin adını daşıyan küçə 1976-cı ildə Vyana küçəsi ilə dəyişdirilib.

Şərhlər

Yaz...