Tarix: 16.05.2024 / 08:57
Əgər ölkəni sevirsənsə... -  Diaspor fəalı

Əgər ölkəni sevirsənsə... - Diaspor fəalı

“Böyük Britaniyada Azərbaycan Qadınları Assosiasiyasını 2017-ci ildə təsis etmişəm. Londonda “BEAS” mərkəbində 2021-ci ildən 2024-cü ilədək hər bazar günü könüllü kimi fəaliyyət göstərmişəm”.

Bu sözləri Diaspora.TV- yə açıqlamasında Böyük Britaniya Azərbaycan Qadınları Assosiasiyasının rəhbəri Ülviyyə Tağızadə deyib. O, Azərbaycandakı bir sıra qazi övladlarına onlayn formada ingilis dilli dərsi keçdiyini deyib:

“2015-2021-ci illərdə Azərbaycan və Böyük Britaniya səfirliklərinin tədbirlərini təşkil etmişəm, diplomatik missiyanın təmsilçisi olmuşam. 2021-ci ildən bəri komitə və səfirlik tərəfindən təşkil edilən tədbirlərə qatılıram”.

Diaspor fəalı 7 il Çexiya Respublikasında Azərbaycan səfirliyinin tərkibində tədbir təşkilatçısı olduğunu vurğulayıb:

“15 ildir Azərbaycandan kənarda yaşayıram. Harada olmağımızdan asılı olmayaraq ölkəmizi təmsil edirik. Çexiya və Böyük Britaniya diplomatik korpusunun himayəsi altında çoxsaylı xeyriyyə layihələrinin iştirakçısı və təşkilatçısı olmuşam. Somali və Böyük Britaniya layihələri üzrə fəaliyyət göstərən "Hear Woman" təşkilatının tərkibində könüllü fəaliyyətim olub. "London Diplomatic Spouses club"-un Vice Presidenti, London HSA PTA assosiasiya olunmuş üzvüyəm. "Active Westminster Awards 2017" mükafatının namizədiyəm. "Westminster Community Award 2018" mükafatının sahibiyəm. Düşünürəm ki, əgər sən öz ölkəni sevirsənsə, heç bir dəstəyə ehtiyac yoxdur. Dəstək almadan da bu işi davam etdirməlisən. Diaspora könül işidir. Fəaliyyətimdə heç bir problemlə qarşılaşmıram. Onu da qeyd edim ki, "Proqressiv Pozitiv Valideynlik" proqramının müəllifiyəm. Həmçinin də “Art of movement Baku” idman platformasının həmtəsisçisiyəm”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...