“Azərbaycan diasporunun xaricdəki fəaliyyətindən narazı qalmaq olmaz”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında aktyor, televiziya aparıcısı Azər Şabanov (Azər Axşam) deyib.
Onun sözlərinə görə, diasporlar tərəfindən Azərbaycan naminə çox işlər görülür, bir sıra mühüm tədbirlər həyata keçirilir:
“Əfsuslar olsun ki, bir sənətçi kimi diasporlarımızın xaricdə təşkil etdiyi tədbirlərin heç birində iştirak etməmişəm. Bunun da səbəbi odur ki, diasporlarımız dəvət etməyiblər”.
Qeyd edək ki, Lider TV-də “Teletime” verilişi ilə məşhurlaşan aktyor “Milyonçu” verilişində aparıcılıq edib, həmçinin ATV və Xəzər TV-də də işləyib. 2015-ci ilədək ATV kanalında "ATV Səhər" verilişinin aparıcısı olub və elə həmin kanalda yayımlanan "Qız atası" teleserialında “Çingiz” xarakterini canlandırır. Aktyor bunlarla yanaşı bir sıra komediya seriallarında da rol alıb.
Xəyalə Zöhrab
Diaspora.TV