Tarix: 29.07.2024 / 11:24
Əcnəbi vətəndaşlığı olan azərbaycanlılara  təhsil güzəşti mümkündürmü?

Əcnəbi vətəndaşlığı olan azərbaycanlılara təhsil güzəşti mümkündürmü?

“Əcnəbi vətəndaşlığı olan azərbaycanlı gənclərə faktiki fəaliyyətdə olan ali təhsil müəssisələrində müəyyən güzəştlərin olması əslində müsbət məqam kimi qiymətləndirilə bilər”.

Bu sözləri Diaspora.TV-yə təhsil eksperti Elçin Əfəndi deyib. Ekspert Azərbaycanda belə güzəştlərin olmadığını bildirib:

“Əksinə mövcud təhsil haqqı nədirsə, onlar dövlət sifarişinə qəbul olsalar belə mütləq ödəniş etməlidirlər. O cümlədən istənilən növ imtahan verərkən də ödəniş etməlidirlər. Baxmayaraq ki, ikili ölkə vətəndaşlığı var, əcnəbidir, yalnız azərbaycanlı adı üzərində olduğundan dövlət tərəfindən həmin şəxslərə müəyyən güzəştlərin tətbiq olunması müsbətdir”.

Elçin Əfəndi hesab edir ki, həmin şəxslərə dövlət tərəfindən müəyyən güzəştlərin - təqaüd alma imkanları, yataqxanalardan istifadə, smart kartların verilməsi və s. onların Azərbaycanda qalıb təhsil almalarına imkan yaratmış olar:

“Həmçinin də xaricdə yaşayan və Azərbaycanda təhsil almaq istəyənlərə də şərait yaratmış olarıq”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...