Tarix: 05.09.2024 / 12:55
Durovun Bakı səfərindən sonra itən sevgilsi    “tapıldı”

Durovun Bakı səfərindən sonra itən sevgilsi “tapıldı”

Pavel Durovun Azərbaycana səfəri zamanı onu müşayiət edən sevgilisi, Parisə gəldikdən sonra isə yox çıxdığı bildirilən məşhur kripto təlimçisi Yuliya Vavilovadan xəbər var. Azərbaycanda çəkdirdiyi cazibədar fotolorı ilə sosial şəbəkələri uzun müddət məşğul edən kriptoçu gözəl Yelisey çöllərində Durovla gəzinti zamanı jurnalistlərin kameralarına “tuş gəlib”.

Diaspora.TV xəbər verir ki, “Paris Match” nəşrinin məlumatına görə, Telegram messencerinin qurucusu Durov sevgilisinin xahişinə boyun əyərək Paris otelindən “Parisin gözəl məhəllələrində” evə köçmək niyyətindədir.

Qeyd edək ki, “Daily Mail tabloidi”nin məlumatına görə, Vavilova İsrailin Mossad kəşfiyyat xidmətində işləyir. Nəşr yazır ki, qız Fransa kəşfiyyat xidmətləri tərəfindən izlənildiyini bildiyi üçün Durovla səfərlər zamanı geolokasiya proqramını aktiv edib.

İddialara görə, Vavilova biznesmeni Azərbaycandan başqa, Qazaxıstan və Qırğızıstanda da müşayiət edib.

Kriptokoçu Vavilova 2022-ci ildən Dubayda yaşayır. Ondan əvvəl Moskvanın Chertanovo rayonunda yaşayıb. Yuliyanın anası uşaq geyimləri mağazasına sahib idi.

Vavilova özünü yayımçı, oyunçu və kriptovalyuta investoru hesab edir. Qız ərəb dilində kriptovalyuta haqqında kanal da idarə edir.

Şərhlər

Yaz...