Moskvada yaşayan azərbaycanlı iş adamı Emin Ağalarov “Diqqət: Sobçak” layihəsi çərçivəsində rusiyalı jurnalist Kseniya Sobçaka müsahibəsində Pavel Durovun Azərbaycana səfəri zamanı Qarabağa da getdiyini açıqlayıb.
Diaspora.TV xəbər verir ki, E.Ağalarov müsahibəsində bildirib ki, o, rayonlarda olub, hər yeri gəzib, Qarabağda olub:
"Yəni bütün ölkəni gəzib, Bakıda bir neçə gün qalıb. Onun proqramı sərbəst idi. Mən yalnız 1 gün onunla oldum, burada deyildim. Bilirəm ki, o, restoranlarda istədiyi kimi nahar edib, sakit vaxt keçirib. P.Durovla tanışlığı olan dostum Hüseyn Həsənov da burada idi. Çox ağıllı, tərbiyəli, savadlıdır. Onunla qısa müddət söhbət etdik, ümumi mövzulardan danışdıq”.